Gəncədə bir sıra lüklərin qapaqları yoxdur. Bu haqda Gencexeber.az-a 18 iyul tarixində məlumat daxil olub.
Söhbət şəhərin Atatürk və Nizami prospektlərindən gedir. Burada yolun avtomobillər üçün nəzərdə tutulmuş hissəsində kanalizasiya lükləri yerləşir. Quyuların qapaqları yoxdur. Bu səbəbdən sakinlər xəbərdarlıq məqsədilə lüklərin içərisinə budaqlar salıblar. Atatürk prospektində yerləşən quyunun yanında, həmçinin şin də yerləşdirilib.
Sürücülər bildirirlər ki, lüklərin qapaqsız olması onlar üçün çətinlik yaradır. Bəzi hallarda avtomobillərin təkərləri quyuya düşür. Onlar lüklərin üstünün örtülməsini arzu edirlər.