Gəncədə sakinlər bir sıra eyvanların təhlükəli olmasından narahatdırlar. Bu haqda Gencexeber.az-a 18 iyul tarixində məlumat daxil olub.
Sözügedən hal şəhərin Heydər Əliyev prospektində müşahidə olunur. Beynəlxalq Xəstəxananın qarşısında yerləşən binanın eyvanlarından birinin altındakı daş örtüyü səkiyə tökülüb. Bu hadisə sakinlərin diqqətini cəlb edib. Onlar analoji vəziyyətin təkrarlanmasından qorxduqlarını bildirirlər.
“Bu eyvanın daş altlığı qoparaq piyada səkisinə tökülüb. Xoşbəxtlikdən həmin vaxt ərazidən heç kim keçməyib. Yoxsa bədbəxt hadisə baş verə bilərdi. Aidiyyəti qurumun məsələ ilə bağlı müvafiq tədbirlər görməsini istəyirik”, - deyə sakinlər qeyd ediblər.