Gəncədə yolun bir hissəsi təmir olunub. Bu haqda Gencexeber.az-a 3 oktyabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Heydər Əliyev prospekti ilə Ruzigar Qasımov küçəsinin kəsişməsindən gedir. Bir neçə gün öncə adıçəkilən ərazidə kommunal qəzanın aradan qaldırılması üzrə işlərin görülməsi və sonra sahənin üstü açıq qalması barədə xəbər vermişdik.
Əraziyə texnika və canlı qüvvə cəlb olunub. Sözügedən hissə təmir olunaraq üstü örtülüb. Avtomobil yolundakı maneə götürülüb.