Gəncədə avtomobil qəzası baş verib. Bu haqda 23 mart tarixində Report-a istinadən məlumat veririk.
Şəhər ərazisində iki minik avtomobili toqquşub. Nəticədə 19 yaşlı S.Abdullayev və E.Mehdixanov, 22 yaşlı A.Abbasquliyev və 20 yaşlı S.Bayramov xəsarət alıblar. Onlar xəstəxanaya aparılıblar.
Bildirilir ki, avtomobillərdən birinin sürücüsü şəhərdə fəaliyyət göstərən xəstəxanaların birində çalışan qadın həkimdir.
Faktla bağlı araşdırma aparılır.