Gəncədə bir sıra binalarda su təchizatı məhdudlaşdırılıb. Bu haqda Gencexeber.az-a 5 iyun tarixində məlumat daxil olub.
Söhbət Atatürk prospektində yerləşən 469-491, 501, 503, 505-ci binalardan gedir. Sakinlərin sözlərinə görə, 2 gündür binalarına su verilmir. Səbəbin kommunal qəza olduğu bildirilib.
Sakinlər, həmçinin tez-tez sudan çətinlik çəkdiklərini qeyd ediblər.