Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 5 avqust tarixində Apa-ya istinadən xəbər veririk.
Hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Hərəkətdə olan "Toyota Corolla" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə yolun kənarında olan ağaca, sonra isə işıq dirəyinə çarpılıb.
Qəza zamanı bir nəfər hadisə yerində ölüb, iki nəfər isə xəsarət alıb. Zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.