Gəncədə könüllülər üçün təlim keçirilib. Bu haqda 6 iyul tarixində ASAN Könüllülərinə istinadən məlumat veririk.
Tədbir 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində baş tutub. ”Virtual Academy” tədris mərkəzi tərəfindən burada xidmət göstərən könüllülərə “Karyerada ilk addımlar” mövzusunda təlim təşkil olunub.
Seminarda 10-dan çox gənc iştirak edib.