Gəncədə kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 1 iyul tarixində məlumat daxil olub.
Hadisə şəhərin Aida İmanquliyeva küçəsində qeydə alınıb. Bir müddət öncə 7-ci binanın qarşısındakı lükün üstünün açıq olması barədə məlumat vermişdik. Həmin quyu bu gün daşıb.
Nəticədə küçə boyunca çirkab sular axmağa başlayıb. Sakinlər ətrafda yaranan pis qoxu və natəmizlikdən narazı olduqlarını bildirirlər.