Gəncədə bəzi ərazilərdə lüklərin qapaqları yoxdur. Bu haqda Gencexeber.az-a 27 iyun tarixində məlumat daxil olub.
Söhbət şəhərin Aida İmanquliyeva küçəsindəki 7-ci binanın qarşısından və Əfzələddin Xaqani küçəsindən gedir. Birinci ərazidə kanalizasiya, ikinci ərazidə isə artezian quyularının üstü açıqdır. Hər iki lük yolun kənarında yerləşir.
Sakinlər bildirirlər ki, bu hal bir müddətdir davam edir. Onlar lüklərin qapaqsız olmasının həm piyada, həm də sürücülər üçün təhlükəli olduğunu deyirlər.
[modula id="39806"]