Şəhərin mərkəzi küçələrinin birində qəza hadisəsi qeydə alınıb. Bu haqda 20 fevral tarixində xəbər veririk.
Hadisə şəhərin Şah İsmayil Xətai küçəsində baş verib. “BMW” markalı avtomobil “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə nəqliyyat vasitələrinə ciddi zərər dəyib.
Qəza yerinə DYP-nin əməkdaşları cəlb olunublar. Hadisənin başvermə səbəbləri araşdırılır.