Gəncədə şagirdlər məktəbə getməkdə çətinlik çəkirlər. Bu haqda Gencexeber.az-a 12 oktyabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin beşinci mikrorayonundakı 7 nömrəli tam orta məktəbdən gedir. Təhsil ocağının yerləşdiyi küçədə yollar yararsız haldadır. Yağmurlu hava zamanı ərazidə çox sayda gölməçələr əmələ gəlir. Bu hal şagirdlərin hərəkətində çətinlik yaradır.
Valideynlər bildirirlər ki, hər gün uşaqlar evə palçıq içində qayıdırlar. Onlar yolun bu vəziyyətdə olmasından narahatdırlar və küçəyə asfalt örtüyünün salınmasını istəyirlər.