Gəncədə növbəti elmi-praktik konfrans keçirilib. Bu haqda 30 mart tarixində ADAU-ya istinadən məlumat veririk.
“Tətbiqi elmlər və aqrar sahənin inkişafına yeni baxışlar və yanaşmalar” mövzusunda Respublika konfransı Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təşkil olunub. Tədbir Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib.
Tədbirdə universitetin rektor vəzifəsini icra edən Zəfər Qurbanov, icra başçısı Niyazi Bayramov və digərlərinin çıxışları baş tutub. Burada Heydər Əliyevin ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı gördüyü işlərdən bəhs edən videoçarx konfrans iştirakçılarına nümayiş olunub.
Daha sonra bir sıra məruzələr dinlənilib. Konfrans işini panel müzakirələrlə davam etdirib.