Gəncədə maarifləndirmə tədbiri baş tutub. Bu haqda 13 avqust tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.
Toplantı Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsi tərəfindən təşkil olunub. Burada iştirakçılara ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər haqqında məlumat verilib.
Tədbir Qarabağ Universitetinə daxil olmaq istəyən abituriyentlərə ixtisas seçimində dəstək məqsədi daşıyır. Mirzə Ələkbər Sabir adına 5 nömrəli məktəbdə yaradılmış mərkəzə 12 - 16 avqust tarixlərində saat 10:00-dan 17:00-dək yaxınlaşaraq müvafiq dəstək almaq olar.
Ünvan: Nizami küçəsi 38