Gəncə sakini qəzaya düşüb. Bu haqda 3 iyun tarixində Qafqazinfo-ya istinadən məlumat veririk.
Hadisə Şəmkir - Sabirkənd - Zəyəm avtomobil yolunun Sabirkənd kəndindən keçən hissəsində qeydə alınıb. Gəncə şəhər sakini Şəfi Yusif oğlu Məmmədov “Mercedes-Benz” markalı avtomobili idarə edən zaman yolu keçmək istəyən 83 yaşlı Kamil İsmayıl oğlu Rüstəmovu vurub.
Nəticədə piyada yerindəcə dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.