Gəncədə tədris oçağının önündə yaranan antisanitar vəziyyət aradan qaldırılıb. Bu haqda Gencexeber.az-a 15 avqust tarixində məlumat daxil olub.
Xoşagəlməz mənzərə şəhərin 5-ci mikrorayonunda yerləşən 7 saylı tam orta məktəbin qarşısında qeydə alınmışdı. Burada məişət tullantıları həm zibil qutularına, həm də onların ətrafına atılaraq yığılmışdı. Kommunal işçilər tərəfindən ərazi zibillikdən təmizlənib.