Gəncədə növbəti hüquqi aksiya təşkil olunacaq. Bu haqda 7 iyul tarixində 1 saylı Vəkil Bürosuna istinadən məlumat veririk.
Hüquqi yardım 10 iyul saat 10.00-dan 17.00-dək Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən göstəriləcək. Aksiya Gəncə şəhərində və ətraf rayonlarda yaşayan aztəminatlı vətəndaşlara, həmçinin şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına şamil edilir.
Görüş büronun inzibati binasında təşkil olunacaq.
Ünvan: Cavad xan küçəsi, 53.