Gəncə şəhərinin Üzeyir Hacıbəyov küçəsində xeyli müddətdir ki, kanalizasiya quyusu daşır. Bu haqda məlumatı Gencexeber.az bu gün, 22 mart tarixində verir.
Belə ki, kanalizasiya quyusunun vaxtaşırı təmir olunmasına baxmayaraq, küçədə mütəmadi olaraq bu hal yaşanır. Əraziyə yayılan pis qoxu həm orada yaşayan sakinləri, həm də ərazidən keçənləri narahat edir.