Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Gencexeber.az-ın məlumatına əsasən, hadisə rayonun Düzcırdaxan kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı minik maşını idarəetmədən çıxıb.
Nəticədə avtomobil yol kənarında dayanan iki "Mercedes"ə, "VAZ-21011" və "Chevrolet"ə çırpılıb.
Qəza zamanı "VAZ-2107"nin sürücüsü xəsarət alıb.
Əraziyə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.