Gəncədə xəstəxanalardan birində şöbə təmir olunub. Bu haqda 10 iyul tarixində Birləşmiş Xəstəxanaya istinadən məlumat veririk.
Z.Məmmədov adına xəstəxanada laboratoriya şöbəsi yenidən istifadəyə verilib. Laboratoriya fasiləsiz olaraq, 7/24 saat rejimində müxtəlif sahələrdə xidmət göstərir. Şöbə bütün müasir zəruri resurslarla təchiz olunub.
Burada qanla bağlı müxtəlif təyinatlı yoxlamaların təyini, biokimyəvi, hormonal analizlər ixtisaslı kadrlar tərəfindən aparılır. Verilən əksər analiz nümunəsi üzrə cavab elə həmin gün, 2-3 saat ərzində məlum olur. Şöbədə ümumilikdə 150-yə yaxın laborator parametrlərə baxmaq mümkündür.
Qeyd edək ki, laboratoriya şöbəsinin müdiri Aytəkin Həsənovadır.