Gəncə təmsilçisinin ilk qarşıdurması müəyyənləşib. Bu haqda 16 iyul tarixində futbol klubuna istinadən məlumat veririk.
Misli Premyer Liqasında 2024/2025-ci illər mövsümünün püşkü atılıb. Mərasim AFFA-nın inzibati binasında keçirilib. Burada “Kəpəz”in ilk rəqibi məlum olub.
Püşkatmaya əsasən, çempionatın birinci oyununda "sarı-göylər" səfərdə "Sumqayıt"la qarşılaşacaq. Mövsümün ilk turunun matçları 2-4 avqust tarixlərində baş tutacaq.