Gəncədə yaşlı qadına küçə itləri hücum edib. Bu haqda 19 iyul tarixində Report-a istinadən məlumat veririk.
Hadisə şəhərin Yeni Gəncə qəsəbəsində yerləşən yarmarka ərazisində qeydə alınıb. 71 yaşlı şəhər sakini Sədaqət Həsən qızı Xəlilovanı küçə itləri dişləyib. Nəticədə qadın müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.