Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə leysan xarakterli intensiv olub.
Gencexeber.az-a bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Göygöldə 8, Daşkəsən, Gədəbəy və Gəncədə 1-5 mm-dək təşkil edir.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 15-i axşamadək davam edəcək.