Karantin rejimi barədə baş nazir Əli Əsədov Qərar imzalayıb. Bu haqda 24 iyun tarixində Nazirlər Kabinetinə istinadən xəbər veririk.
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar verib. Qərara əsasən, Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 oktyabr saat 06:00-dək uzadılıb.
Bundan əvvəl həmin müddət 1 iyul saat 06:00-dək olan dövrü əhatə edib.