top
Xurşidbanu Natəvan haqqında ilk tarixi dram əsərini gəncəli yazıçı yazıb
20 aprel 2025, 13:00
- ↺ +

Xurşidbanu Natəvan haqqında ilk tarixi dram əsərini gəncəli yazıçı yazıb

 

“Xan qızı” tarixi dram əsəri 1972-ci ildə ərsəyə gəlib. Bu dram əsərinin müəllifi gəncəli yazıçı Fəridə Əliyarbəylidir. Fəridə Əliyarbəyli ilk dəfə Azərbaycan teatrında xan qızı Xurşidbanu Natəvan haqqında tarixi dram əsərinin yazılmasına müvəffəq olub.

Yazıçı əsərin yaranma tarixi barədə xatirələrində qeyd edirdi:

“70-ci illərin əvvəllərində xalq artisti Məhəmməd Bürcəliyev mənim dram əsəri yazmağımın səbəbkarı oldu. Mən bu xeyirxahlığı heç zaman unutmaram. Biz ailəvi dost idik, bir gün yenə bir yerə yığışıb söhbət edirdik ki, o, mənə Xurşidbanu Natəvan haqqında pyes yazmağımı məsləhət gördü. Elə bu söhbətdən sonra mən Natəvan haqqında axtarışlar etdim və “Xan qızı”nı – ilk pyesimi yazdım…”.

“Xan qızı” dram əsəri 1972-ci ildə Gəncə Dövlət Dram teatrında səhnələşdirilib. Tamaşanın quruluşçu rejissoru xalq artisti Vaqif Şərifovdur. Tamaşada Xurşidbanu Natəvan obrazını xalq artisti Sədayə Mustafayeva ifa edib. Müəllif bu barədə belə yazıb: “…Pyes üzərində işləyərkən nədənsə həmişə xalq artisti Sədayə Mustafayevanın xoş siması gözlərimin önündən getmirdi. Sanki mən Xan qızı haqqında düşünərkən elə səhnədə artıq Sədayə xanımı görürdüm. Xan qızı obrazını məhz xalq artisti Sədayə xanım Mustafayeva üçün yazdım…”.

Pyesdə hadisələr XIX əsrdə Şuşada cərəyan edir. Tamaşada xan qızının yaşayıb, yaratdığı günlər və həyatı haqqında bəhs edilir.

Xurşidbanu Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan оlub. O, iki böyük nəslin – Cavanşirlərin və Ziyadoğlu Qacarların qanını daşıyıb. Xurşidbanu Natəvanın atası Mehdiqulu xan Qarabağ xanı İbrahimxəlil xanın kiçik oğlu, anası Bədircahan bəyim isə Gəncə xanı Cavad xanın oğlu Uğurlu xanın qızıdır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:56

Müəllimə şagirdinin valideynindən 65 min alıb qaytarmadı

Bütün xəbərlər
Bu gün, 14:22

Gəncədə MMA və Grappling turniri keçirilib

Bütün xəbərlər
Bu gün, 13:45

Gəncənin bir sıra küçələri səhər saatlarından işıqsız qalıb

Bütün xəbərlər
Bu gün, 13:07

Kollecdən tələbə qız zorla qaçırılıb

Bütün xəbərlər
Bu gün, 12:00

Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Bu gün, 11:36

Qarabağ uğrunda döyüşən ukraynalı pilot Şəmkirdə vəfat etdi

Bütün xəbərlər
Bu gün, 11:12

Azərbaycanda "Changan" maşınlarının sayı bir ildə 4 dəfədən çox artıb

Bütün xəbərlər
Bu gün, 10:38

Ölkəmizdə bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib

Bütün xəbərlər
Bu gün, 10:14

"İmamzadə"nin sanitar qovşağı istifadəyə YARARSIZDIR

Bütün xəbərlər
Bu gün, 09:30

"Sovxoz Nizami"də piyadaların təhlükəsizliyi təmin olundu

Bizim fəxrimiz
Bu gün, 08:56

20 döyüş, 20 qələbə: Gəncəli boksçu məğlubiyyət tanımır!

Tarix
Bu gün, 00:05

29 sentyabr 2020: Vətən Müharibəsinin üçüncü günü

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycan Kredit Bankı ləğv edildi

Bütün xəbərlər
Dünən, 17:26

Gəncədə Anım Gününə həsr olunmuş ağır atletika yarışı keçirilib

Bütün xəbərlər
Dünən, 15:56

Gəncə ağsaqqalları bir araya gəliblər

Bütün xəbərlər
Dünən, 15:16

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 14:07

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Dünən, 13:35

Sabah dolu düşəcək, duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:24

"Kənd yerində 500 manatlıq iş olsa, heç kim Bakıya gəlməz" - Tahir Kərimli

Bütün xəbərlər
Dünən, 12:19

Gəncədə paradoks: işıqfor TIXAC YARADIR

Bütün xəbərlər
Dünən, 10:56

Göygöldə qanunsuz tikili sökülüb

Bütün xəbərlər
Dünən, 10:24

Gəncəli hakim İtaliyada tarix yazdı

Bütün xəbərlər
Dünən, 09:51

"Gəncə" mahnısı üstündə bıçaqlanma - 2 il 6 ay HƏBS

Bütün xəbərlər
Dünən, 09:19

Qənirə Paşayevanın vəfatından 3 il ötür

Oxşar xəbərlər