Gəncədə iri gövdəli ağac aşıb. Bu haqda Gencexeber.az-a 19 iyul tarixində məlumat daxil olub.
Hadisə Xan bağında qeydə alınıb. Çoxillik ağaclardan biri anidən aşıb. Əraziyə MKTİB-nin Yaşıllaşdırma şöbəsinin əməkdaşları və texnikası cəlb olunub. Ağac hissələrə bölünərək ərazidən daşınıb.
İlkin məlumata əsasən, bitkinin aşmasına səbəb onun çürüməsi olub.