Gəncədə musiqi klubu təşkil olunacaq. Bu haqda 25 mart tarixində Gəncə Maarif Evinə istinadən məlumat veririk.
Musiqi klubu 26 mart tarixində saat 13:00-da Xan bağında (Besetka) baş tutacaq. Burada Tural Əsgərov və Pənah Feyzullayev ifa edəcəklər. Tədbirin moderatoru Kamilla Abdullayevadır.
Tədbirə hər kəs qatıla bilər. İştirak ödənişsizdir.