Qadın voleybolçulardan ibarət "Gəncə" klubu oyunçusu ilə müqaviləyə xitam verib. Bu haqda məlumatı Azərtac-a istinadən yanvarın 6-da veririk.
Rusiyalı Anna Dmitriyeva ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, cari mövsümün əvvəlində "Peterburq-Qaz" (Rusiya) klubundan transfer olunmuşdu.
"Gəncə" daha öncə digər rusiyalı Anna Balberova ilə yolları ayırmışdı.