Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Aparatının rəhbəri İlqar Əhmədova ağır itki üz verib.
Gencexeber.az AAYDA-ya istinadən məlumat verir ki, İlqar Əhmədovun anası Mahirə Əhmədova uzun sürən xəstəlikdən sonra Gəncə şəhərində dünyasını dəyişib.
Qeyd edək ki, İ.Əhmədovun ailəsi Qubadlı rayonundan didərgin düşdükdən sonra Gəncədə məskunlaşıb.