Gəncədə təhsil ocaqlarından birində bədbəxt hadisə baş verib. Bu haqda Gencexeber.az-a 29 mart tarixində məlumat daxil olub.
Hadisə Gəncə Dövlət Universitetinin ərazisində qeydə alınıb. Şahidlərin sözlərinə görə, təhsil ocağının həyətində yerləşən sanitar qovşağın qarşısındakı kərpic divar anidən aşıb. Nəticədə mühafizə polisi olan A.Rəhimov adlı şəxs müxtəlif xəsarətlər alıb.
O, xəstəxanaya yerləşdirilib. Zərərçəkmiş bu gün əməliyyata alınıb. İlkin məlumata görə, Rəhimovun vəziyyəti kafidir.