Gəncə təmsilçisinə ödəniş olunub. Bu haqda 5 aprel tarixində AFFA-ya istinadən məlumat veririk.
AFFA bildirir ki, UEFA maliyyə vəsaitini milli komandaların heyətində Avropa çempionatının seçmə mərhələsində və UEFA Millətlər Liqasının matçlarında çıxış etmiş futbolçulara görə ödəyib. Avropa futbol qurumu “Kəpəz”in hesabına 7 min 318 avro köçürüb.
Məlumata əsasən, ümumilikdə ölkənin 11 komandasına 647 min 643 avro ödənilib.