Gəncənin iki cüdoçusu bu gün tatamiyə çıxır. Bu haqda 2 iyun tarixində Cüdo Federasiyasına istinadən məlumat veririk.
Bu gün, iyunun 2-də Tacikistanın paytaxtı Düşənbə şəhərində cüdo üzrə Qran Pri turniri start götürür. Yarışın ilk günündə ölkəmizi 7 idmançı təmsil edəcək. Onların arasında Nizami yurdunun yetirmələri Turan Bayramov və Könül Əliyeva da var.
Bayramov -60 kiloqram, Əliyeva isə -48 kiloqram çəki dərəcələrində mübarizə aparacaqlar. Yarışı canlı olaraq, judotv.com saytında izləmək olar.