top
Toyda dava: “Ana-bacımıza baxmağa gəlmisiz”
07 mart 2025, 14:56
- ↺ +

Toyda dava: “Ana-bacımıza baxmağa gəlmisiz”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 

Göygöldə təşkil edilən toy məclisində dava düşüb.

Gencexeber.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Belə ki, təqsirləndirilən 2007-ci il təvəllüdlü Qabil Əliyev (ad şərtidir) Şəmkir rayonunda anadan olub. O, ötən ilin yanvar ayında Göygöl rayonunda yerləşən şadlıq sarayında qohumunun toy məclisində iştirak edib. Şadlıq sarayının digər zalında baş tutan məclisin iştirakçısı, 2009-cu il təvəllüdlü Əli Səmədov (ad şərtidir) toyda itirdiyi qızıl boyunbağını axtarmaq üçün Qabil Əliyevin olduğu zala gəlib. Qabil başqa bir adamın zala daxil olduğunu görərək ona yaxınlaşıb. Oğlan itirdiyi qızılı axtardığını desə də, Qabil ona inanmayıb. Əlinin guya onun qadın qohumlarına baxmaq üçün gəldiyini hesab edib. Buna görə Əlini çölə çıxararaq amansızca döyüb.

Nəticədə Qabil Əliyev Azərbaycan Respublikası CM-nin 126.2.3, 126.2.4 və 221.1-ci maddələri ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Qabil Əliyev özünü təqsirli bilməyib. İfadəsində göstərib:

“Qohumumuzun toyunda iştirak etmək üçün Göygöldə yerləşən şadlıq sarayına getdik. Anamgil çölə çıxan zaman olduğumuz zala 3 nəfər kənar şəxs daxil oldu. Onlardan burada nə etdiklərini soruşanda boyunbağı axtardıqlarını dedilər. “İtmiş boyunbağınız bizim olduğumuz zalda nə gəzir?!” dedim. Əli qolumdan tutub çölə çıxardıb, onu gözləməyimi dedi. Ayağımda yara olduğu üçün gözləyə bilməyib restorana geri qayıtdım. Arxamca onun qardaşı məni çağırıb Əlinin həyətdə məni axtardığını dedi. Əli məni görən kimi üstümə cumub təpik atdı. Çəkildiyim üçün ayağı boşa gedərək işıq dirəyinə çırpıldı. Nəticədə burnundan qan açıldı.

10-15 gün sonra polislər anamı və məni idarəyə çağırdılar. Buna səbəb guya mənim Əlini döyməyim və öldürməklə hədələməyim olub. Hamısı yalandır. Mən ona heç bir xəsarət yetirməmişəm”.

Məhkəmədə qanuni nümayəndənin iştirakı ilə dindirilmiş zərərçəkmiş Əli Səmədov deyib:

“Aramızda başlanan davanın səbəbi Qabil olub. Boyunbağını axtaran zaman Qabil qarşımıza çıxaraq nə etdiyimizi soruşdu. İtmiş əşyamızı axtardığımızı desəm də, inanmadı. Əlində siqaret “yalan deyirsiz. Ana-bacımıza baxmağa gəlmisiz” dedi. Daha sonra kənara çəkib “ağıllı ol, biz şəmkirliyik, bizi polislər belə tanıyır” ifadəsini işlətdi. Ardınca başımı qoltuğuna alıb, əlindəki əşya ilə öncə başıma, sonra üzümə neçə dəfə vurdu”.

Sonda məhkəmənin qərarı ilə Qabil Əliyev 6 il 6 ay müddətində azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli islah müəssisəsində çəkəcək.

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:39

Maşınlar toqquşdu – 5 nəfər xəstəxanaya çatdırıldı

Bütün xəbərlər
Bu gün, 15:37

Gəncədə 10 il ərzində əkin sahələri 61% azalıb

Bütün xəbərlər
Bu gün, 15:01

Ermənistanda tutulan daşkəsənli əsgərin atası: "Dövlətimizə güvənirik"

Bütün xəbərlər
Bu gün, 13:54

Sabah da Gəncədə hava isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:19

Bir yaşlı oğlunun ölümünə səbəb olan anaya bu cəza verildi

Bizim fəxrimiz
Bu gün, 11:37

Gəncəli güləşçi beynəlxalq turnirdə UĞUR QAZANIB

Bütün xəbərlər
Bu gün, 11:07

Gəncə sakini evində ölü tapılıb

Bütün xəbərlər
Bu gün, 09:40

ATU-da konfrans baş tutacaq

Bütün xəbərlər
Bu gün, 00:00

14 oktyabr 2020-ci il: Vətən müharibəsinin 18-ci günü

Bütün xəbərlər
Dünən, 17:18

GDU əməkdaşı elmi ada layiq görülüb

Bütün xəbərlər
Dünən, 16:33

Gəncədə bir sıra ərazilər TƏMİZLƏNDİ

Bütün xəbərlər
Dünən, 14:13

"Gəncə Open-2026" şahmat festivalına start verilib

Bütün xəbərlər
Dünən, 12:50

Gəncədə hava yenidən isinir - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:57

Gəncəli şəhidin ad günüdür

Bütün xəbərlər
Dünən, 11:24

Gəncədə bir neçə cinayət törədən şəxs 3 ildən çox həbs edildi

Bütün xəbərlər
Dünən, 09:33

Gəncə sakini sirkə turşusundan zəhərlənib

Bütün xəbərlər
Dünən, 09:00

Gəncədə ödənişsiz məşğələlərə başlanılır

Bütün xəbərlər
Dünən, 00:00

13 oktyabr 2020: Vətən Müharibəsinin 17-ci günü

Bütün xəbərlər
12 oktyabr 2026, 17:34

Meteor yağışı olacaq

Bütün xəbərlər
12 oktyabr 2026, 17:03

Gəncə kikboksçuları 16 ildən sonra BUNU BACARDILAR

Bütün xəbərlər
12 oktyabr 2026, 16:27

Sabah Gəncədə 27 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
12 oktyabr 2026, 14:08

Gəncədə zəncirvari qəza: piyadanı maşın vurdu

Bütün xəbərlər
12 oktyabr 2026, 13:49

Gəncədə yerləşmə müəssisələrində monitorinq keçirilib

Bütün xəbərlər
12 oktyabr 2026, 13:11

Bakı-Gəncə avtobusu Kürdəmirdə "Mercedes"ə çırpıldı

Oxşar xəbərlər