Gəncəli idmançı təyinat alıb. Bu haqda 8 iyul tarixində Oxu.az-a istinadən məlumat veririk.
Söhbət Sərbəst güləş üzrə Olimpiya və Avropa çempionu, dünya çempionatının mükafatçısı Toğrul Əsgərovdan gedir. 30 yaşlı idmançı trikosunu çıxararaq məşqçiliyə başlayıb.
Həmyerlimiz böyüklərdən ibarət qadın milli komandamıza böyük məşqçi təyin olunub. Azərbaycan qadın güləşinə nəzarət Toğrul Əsgərova həvalə edilib.
Hazırda həmin milli Göygöldə təlim-məşq toplanışında iştirak edir.