Qazaxstanın Aktau şəhərində qəzaya düşən təyyarədə həlak olan Ramin İbrahimov dəfn olunub.
Gencexeber.az bildirir ki, qəzada həlak olan R.İbrahimovla vida mərasimi keçirilib.
Mərhumun nəşi Yuxarı Seyfəli kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində mərhumun ailə üzvləri, rayon icra hakimiyyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər.
11:30
Qazaxstanın Aktau şəhərində qəzaya düşən təyyarədə həlak olan Ramin İbrahimovla vida mərasimi keçirilir.
Gencexeber.az məlumat verir ki, R. İbrahimovun yas mərasimi doğulduğu Şəmkir rayonunun Yuxarı Seyfəli kəndindədir.
Vida mərasimində mərhumun yaxınları, dövlət rəsmiləri, iştirak edir.
Təxminən 13:00-dək mərhumun cənazəsi doğulduğu kəndə gətiriləcək və kənd qəbristanlığında dəfn olunacaq.
Qeyd edək ki, 26 yaşlı R. İbrahimov Çeçenistan Respublikasına işləmək üçün gedirmiş.





