Gəncədə Türkiyənin Demokratiya və Milli Birlik Günü qeyd olunub. Bu haqda 15 iyul tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Tədbir Türkiyə Respublikasının Gəncədəki Baş konsulluğunda baş tutub. Burada icra başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki vitse-konsulu, YAP Gəncə şəhər təşkilatının sədri, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Recep Öztop 15 İyul - Türkiyənin Demokratiya və Milli Birlik Gününün tarixi önəmindən danışıb. Niyazi Bayramov çıxış edərək bildirib ki, yeddi il əvvəl Türkiyə xalqı irticaya və separatizmə qalib gələrək milli dövlətini, legitim hakimiyyəti və ölkənin bütövlüyünü qorudu.
Tədbirin davamında şəhidlərin xatirəsinə dualar oxunub, 15 İyul – Türkiyənin Demokratiya və Milli Birlik Günü ilə bağlı videoçarx nümayiş etdirilib.