top
Ötən il intihar edən kişinin ailəsi qohumları tərəfindən təhdid olunur
13 iyul 2023, 17:49
- ↺ +

Ötən il intihar edən kişinin ailəsi qohumları tərəfindən təhdid olunur

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncədə ailə qohumları tərəfindən təhdid olunduğunu bildirir. Bu haqda 13 iyul tarixində Qafqazinfo-ya istinadən məlumat veririk.

14 avqust 2022-ci ildə 59 yaşlı Dilqəm Abdullayev intihar edib. Mərhumun oğlu Şücaət Abdullayev bildirir ki,  intiharın səbəbi ilə barışmaq istəməyən bəzi qohumlar (atasının bacıları, qardaşları, əmisi oğlanları və sair) onlara hədə-qorxu gəlirlər, yaşadıqları Gülüstan qəsəbəsindəki evə basqın edirlər. O, əsasən, atasının Kəlbəcər rayon 115 saylı orta məktəbin direktoru vəzifəsində işləyən əmisi oğlu Knyaz Abdullayevin hadisənin səbəbi ilə razılaşmaması səbəbindən onlarla münaqişə yaratdığını, onları söydüyünü və hədələdiyini bildirib:

“Atam başqa bir qohumumuzun yetkinlik yaşına çatmayan qızına qarşı səhv hərəkət etmişdi. Bu hadisə üzə çıxandan az sonra özünü asaraq intihar etdi. Hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparıldı və araşdırma zamanı hadisənin səbəbi kimi atamın etdiyi seksual xarakterli hərəkətlərin məlum olmasından sonra onun özünə qəsd etməsi müəyyən edildi. Prokurorluq cinayət işinin açılmasını rədd etdi”.

Şücaətin sözlərinə görə, bir çox qohumlar bununla razılaşmayıblar. “Onlar mənim, anamın, yoldaşımın fərqli ifadə verməyimizi tələb edirlər. Guya atam mənim yoldaşımı, yəni öz gəlinini başqa şəxslə birgə olarkən görüb və bundan sonra təzyiqlərə tab gətirməyərək intihar edib. Əslində isə elə bir hal olmayıb, onlar mənim ailəmi dağıtmaq, yoldaşımı biabır etmək istəyirlər. Əmim Elxan Abdullayev telekanallara çıxaraq mənim və ailəmin haqqında şər-böhtan, bizi nüfuzdan salan fikirlər səsləndirib”, - deyə zərərçəkən bildirib.

Şikayətçi qohumlarının bu hərəkətlərindən sonra yaşadığı evin qarşısına kamera quraşdırdığını bildirib. O, həmçinin atasının intiharının araşdırıldığı dövrdə övladının Knyaz Abdullayev tərəfindən oğurlandığını və yalan ifadə verməyə məcbur edilərək videoya çəkildiyini deyib.

Knyaz Abdullayev isə əmisi oğlu Dilqəmin Şücaət və arvadının qohumları tərəfindən öldürüldüyünü iddia edib.

DİN-dən bildirilib ki, Ş.Abdullayevin müraciəti ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:39

Maşınlar toqquşdu – 5 nəfər xəstəxanaya çatdırıldı

Bütün xəbərlər
Bu gün, 15:37

Gəncədə 10 il ərzində əkin sahələri 61% azalıb

Bütün xəbərlər
Bu gün, 15:01

Ermənistanda tutulan daşkəsənli əsgərin atası: "Dövlətimizə güvənirik"

Bütün xəbərlər
Bu gün, 13:54

Sabah da Gəncədə hava isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:19

Bir yaşlı oğlunun ölümünə səbəb olan anaya bu cəza verildi

Bizim fəxrimiz
Bu gün, 11:37

Gəncəli güləşçi beynəlxalq turnirdə UĞUR QAZANIB

Bütün xəbərlər
Bu gün, 11:07

Gəncə sakini evində ölü tapılıb

Bütün xəbərlər
Bu gün, 09:40

ATU-da konfrans baş tutacaq

Bütün xəbərlər
Bu gün, 00:00

14 oktyabr 2020-ci il: Vətən müharibəsinin 18-ci günü

Bütün xəbərlər
Dünən, 17:18

GDU əməkdaşı elmi ada layiq görülüb

Bütün xəbərlər
Dünən, 16:33

Gəncədə bir sıra ərazilər TƏMİZLƏNDİ

Bütün xəbərlər
Dünən, 14:13

"Gəncə Open-2026" şahmat festivalına start verilib

Bütün xəbərlər
Dünən, 12:50

Gəncədə hava yenidən isinir - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:57

Gəncəli şəhidin ad günüdür

Bütün xəbərlər
Dünən, 11:24

Gəncədə bir neçə cinayət törədən şəxs 3 ildən çox həbs edildi

Bütün xəbərlər
Dünən, 09:33

Gəncə sakini sirkə turşusundan zəhərlənib

Bütün xəbərlər
Dünən, 09:00

Gəncədə ödənişsiz məşğələlərə başlanılır

Bütün xəbərlər
Dünən, 00:00

13 oktyabr 2020: Vətən Müharibəsinin 17-ci günü

Bütün xəbərlər
12 oktyabr 2026, 17:34

Meteor yağışı olacaq

Bütün xəbərlər
12 oktyabr 2026, 17:03

Gəncə kikboksçuları 16 ildən sonra BUNU BACARDILAR

Bütün xəbərlər
12 oktyabr 2026, 16:27

Sabah Gəncədə 27 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
12 oktyabr 2026, 14:08

Gəncədə zəncirvari qəza: piyadanı maşın vurdu

Bütün xəbərlər
12 oktyabr 2026, 13:49

Gəncədə yerləşmə müəssisələrində monitorinq keçirilib

Bütün xəbərlər
12 oktyabr 2026, 13:11

Bakı-Gəncə avtobusu Kürdəmirdə "Mercedes"ə çırpıldı

Oxşar xəbərlər