Gəncədə təhsil işçiləri idmana cəlb ediləcək. Bu haqda 26 aprel tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər və ümumtəhsil müəssisələrində çalışan təhsilverənlərdən ibarət İdman klubu yaradılacaq. Məqsəd sağlam həyat tərzinə və idmana marağın artırılması, təhsil işçiləri arasında əməkdaşlığın və komanda quruculuğu bacarıqlarının inkişaf etdirilməsidir.
Burada mütəmadi olaraq, müxtəlif idman günləri, yarışları və tədbirlər təşkil olunacaq.
Maraqlanan təhsilverənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: