Gəncə şəhərində “Kağız Dəsmal” festivalı keçiriləcək. Bu barədə 19 iyun tarixində sosial şəbəkələrə istinadən məlumat veririk.
Tədbir 24 iyun saat 18:00-da Gəncə bulvarında “Aura” şirkəti tərəfindən təşkil olunacaq. Qonaqlar – Elmira Qədirova və Fərid Rəsul müxtəlif yeməklər bişirəcəklər. Festival iştirakçıları üçün əyləncəli proqram təşkil ediləcək və onlar bir-birindən dəyərli hədiyyələr qazana biləcəklər.
İştirak ödənişsizdir.