top
“Snapchat”da tanış oldu, evlənmək istədi, TUTULDU
13 yanvar 2025, 16:15
- ↺ +

“Snapchat”da tanış oldu, evlənmək istədi, TUTULDU

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 

Ağstafada 19 yaşlı oğlan 16 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib.

Gencexeber.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Ağstafa Rayon Məhkəməsində keçirilib.

Belə ki, 2006-cı təvəllüdlü Nail Əliyev (ad şərtidir) Ağstafa rayonunda anadan olub. O, 2023-cü ilin noyabr ayından 2024-cü ilin fevral ayına kimi “Snapchat”da tanış olduğu qıza qarşı seksual xarakterli hərəkətlər edib. 2009-cu il təvəllüdlü Ləman Quliyeva (ad şərtidir) ilə birinci dəfə 2023-cü ilin noyabr ayında “Nanəli” restoranının kabinetində, ikinci və üçüncü dəfə Nail Əliyevin, sonuncu dəfə isə Ləman Quliyevanın evində görüşüblər. Onlar hər dəfə görüşdə qeyri-təbii yolla cinsi əlaqədə olublar.

Nail Əliyev Azərbaycan Respublikası CM-nin 152.1-ci (16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkət) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Nail Əliyev özünü təqsirli bilib. İfadəsində göstərib:

“Bir müddət əvvəl işləmək üçün Bakıya gəldim. Orada kirayə evdə yaşayırdım. Həmin müddətdə müxtəlif mebel sexlərində köməkçi kimi çalışdım. Bakı şəhərində olan zaman “Snapchat”da Ləmanla tanış oldum. Bir müddət danışdıqdan sonra “Nanəli” restoranında görüşdük. Restoranın kabinetində olan zaman qapını bağlayıb, onun razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə olduq. Bir müddət sonra iki dəfə onun yaşadığı evdə görüşdük. Mən Ləmangilə gedən zaman evdə heç kim yox idi. Bir gün onla şəhərdə gəzən zaman anası zəng elədi. O da gec olduğu üçün qorxub evə getmək istəmədi. Məcbur olub öz yaşadığım kirayə evə apardım. Hər şey Ləmanın razılığı ilə olub. Əməlimdən peşmanam”.

Məhkəmə baxışı zamanı zərərçəkmiş Ləman Quliyeva ifadə verib:

“Naili tanıdığım gündən bəri bir-birimizi sevmişik. Gələcəkdə onunla ailə qurmaq fikrimiz var idi. İbtidai istintaqda valideynlərim və qohumlarımdan qorxduğum üçün düzgün ifadə vermədim. Nail mənimlə qeyri-təbii yolla cinsi əlaqədə olan zaman heç bir zorakılıq hərəkətləri etməyib. Hansı addımı atmışıqsa, mənim razılığım olub. Bir neçə dəfə görüşüb cinsi əlaqədə olmuşuq.

14 fevral Naillə yenidən görüşüb axşam saatlarına qədər şəhərdə gəzdik. Anam zəng etsə də, qorxumdan cavab vermədim. Saatın gec olduğu üçün evə getməkdən çəkindim. Buna görə onun yaşadığı Ağstafa rayonundakı evə getdik. Nail məni öz ailə üzvlərinə sevdiyi və evlənəcəyi qız kimi təqdim etdi. Ailəsi bizi qəbul edib otaqda yer saldılar. Anam polislərə şikayət etdiyi üçün həmin günün səhəri polis əməkdaşları gəlib məni apardılar. Polis şöbəsində ailəmin qorxusundan Nailin məni zorla apardığını, razılığım olmadan cinsi əlaqədə olduğunu dedim. Bir daha qeyd edirəm ki, o, mənə qarşı heç bir zorakılıq əlamətləri etməyib”.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Nail Əliyev 1 il müddətində azadlıqdan məhrum edilib.

Əsmər Sənani

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

16 oktyabr 2020: Vətən müharibəsinin 20-ci günü

Bütün xəbərlər
Dünən, 17:22

Bir həyət, iki mənzərə: Gəncədə abadlıq işləri yarımçıq qalıb

Bütün xəbərlər
Dünən, 15:58

Gəncədə son 11 ildə gənclərin sayı 17,7% AZALIB

Bütün xəbərlər
Dünən, 14:35

MAXE olmaq istəyən gəncəlilərin nəzərinə

Bütün xəbərlər
Dünən, 14:02

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:30

Kənd yumurtası 10 qəpik BAHALAŞDI

Bütün xəbərlər
Dünən, 12:02

İkinci qrup əlil Gəncədə 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi

Bütün xəbərlər
Dünən, 10:38

Gəncədə bəzi sürücülər yol hərəkəti qaydalarına məhəl qoymur

Bütün xəbərlər
Dünən, 10:06

Nüsrət Kəsəmənlinin anım günüdür

Bütün xəbərlər
Dünən, 09:00

Almaniya səfiri Gəncəyə səfər edib

Bütün xəbərlər
Dünən, 00:05

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Tarix
Dünən, 00:01

15 oktyabr 2020-ci il: Vətən müharibəsinin 19-cu günü

Bütün xəbərlər
14 oktyabr 2026, 16:39

Maşınlar toqquşdu – 5 nəfər xəstəxanaya çatdırıldı

Bütün xəbərlər
14 oktyabr 2026, 15:37

Gəncədə 10 il ərzində əkin sahələri 61% azalıb

Bütün xəbərlər
14 oktyabr 2026, 15:01

Ermənistanda tutulan daşkəsənli əsgərin atası: "Dövlətimizə güvənirik"

Bütün xəbərlər
14 oktyabr 2026, 13:54

Sabah da Gəncədə hava isti olacaq - PROQNOZ

Bütün xəbərlər
14 oktyabr 2026, 12:19

Bir yaşlı oğlunun ölümünə səbəb olan anaya bu cəza verildi

Bizim fəxrimiz
14 oktyabr 2026, 11:37

Gəncəli güləşçi beynəlxalq turnirdə UĞUR QAZANIB

Bütün xəbərlər
14 oktyabr 2026, 11:07

Gəncə sakini evində ölü tapılıb

Bütün xəbərlər
14 oktyabr 2026, 09:40

ATU-da konfrans baş tutacaq

Bütün xəbərlər
14 oktyabr 2026, 00:00

14 oktyabr 2020-ci il: Vətən müharibəsinin 18-ci günü

Bütün xəbərlər
13 oktyabr 2026, 17:18

GDU əməkdaşı elmi ada layiq görülüb

Bütün xəbərlər
13 oktyabr 2026, 16:33

Gəncədə bir sıra ərazilər TƏMİZLƏNDİ

Bütün xəbərlər
13 oktyabr 2026, 14:13

"Gəncə Open-2026" şahmat festivalına start verilib

Bütün xəbərlər
13 oktyabr 2026, 12:50

Gəncədə hava yenidən isinir - PROQNOZ

Bütün xəbərlər
13 oktyabr 2026, 11:57

Gəncəli şəhidin ad günüdür

Bütün xəbərlər
13 oktyabr 2026, 11:24

Gəncədə bir neçə cinayət törədən şəxs 3 ildən çox həbs edildi

Bütün xəbərlər
13 oktyabr 2026, 09:33

Gəncə sakini sirkə turşusundan zəhərlənib

Oxşar xəbərlər