top
“Sənətçilər arasında ilham alacağım heç kəs yoxdur” – “Ti moya dünya”nın ifaçısı ilə ÖZƏL MÜSAHİBƏ
21 aprel 2025, 13:56
- ↺ +

“Sənətçilər arasında ilham alacağım heç kəs yoxdur” – “Ti moya dünya”nın ifaçısı ilə ÖZƏL MÜSAHİBƏ

 

“Özüm üçün yazdığım mahnıların sayı çoxdur. Zamanla hər birini təqdim edəcəm”.

Bu sözləri Gencexeber.az-ın müsahibi müğənni Cavid Məmmədov deyib.

Onunla müsahibəni təqdim edirik:

- Cavid bəy, öncə oxucularımız sizi yaxından tanısın.

- 1992-ci ildə Gəncə şəhərində anadan olmuşam. Musiqi daima mənimlə olub, olacaq da.

- Gəncədə keçirdiyiniz uşaqlıq günlərini xatırlayırsınız?

- Gəncə doğma şəhərim, ən yaxın dostumdur. Təbii ki, hər bir küçəsi, havası, suyu mənə əzizdir. Xatirələrimin sayı tükənməzdir. Ancaq ən çox sevindiyimiz günlər yolların bağlanması olurdu. Çünki yollar bağlanar, asfalt üzərində xətlər təzələnərdi. Həmin zaman Şah İsmayıl Xətai prospekti açıq qalardı. Bizdə uşaqlarla həmən günlər çox sevinər, bütün oyunlarımızı geniş yolda oynayardıq.

- Musiqiyə bağlılığınız necə yarandı? Özünüzü bu sahədə necə gördünüz?

- Uşaqlıqda çəkilən videolarımda görüb anladım ki, danışa bilməyən yaşlarımda belə musiqini hər zaman hiss edirdim. Daha sonra anam məni musiqi məktəbinə, fortepiano sinfinə yazdırdı. Beləliklə, artıq 25 ildir ki, musiqi ilə dostluq edirəm, həyat yolumu onunla addımlayıram.

- Bu yerə gələnə qədər hansı yollardan keçmişiniz?

- 17-18 yaşımdan demək olar ki, musiqiyə çox professional yanaşmağa başladım. İlk böyük səhnəm 2016-cı ildə “Ukraynanın Səsi” oldu. Daha sonra vətənimizdə səhnələr almağa başladım. İncəsənət universitetinə qəbul oldum və estrada vokal üzrə təhsilimi davam etdirdim.

- Bir çox sevilən mahnılarınız var. Onların müəllifi kimdir?

- Mahnılarımın müəllifi özüməm. Bir sıra sevilən mahnılarım var. Özümün ən çox sevdiyim bəstəm isə Xalq artisti Zülfiyyə Xanbabayeva ilə ifa etdiyimiz “İstərdim” ifasıdır.

Məni ən çox tanıdan və “Amerika Top” siyahısına düşən ifam “Ti moya dünya” olub. 2019-cu ildə bir çox ölkələrin “Trend 10” siyasında birinci yerdə idi.

- Çox gözəl vurğuladınız. Həmin dövrlər "Ti moya dünya" mahnısı bir çox videoçarxların fon musiqisinə çevrildi. Maraqlıdır, "Tİ Moya dünya"nın yaranma hekayəsi necə olub?

- “Ti moya dünya” mahnısının yaranması sadədir. Ragheb Alamanın “Nassini el Donia” mahnısına rus dilində sözlər yazdım və daha fərqli auditoriya qarşısına çıxartdım. Bu mahnı mənim ifamda xüsusi sevildi. Bir çox ölkələrdə top trend listlərdə aylarca qaldı.

- Bəs ilk ifa etdiyiniz mahnı hansı olub?

- İlk yazdığım və ifa etdiyim mahnı “İkinci nəfəs” ifası olub. Dediyim kimi, ilk gündən mahnıların müəllifi özüm olmuşam.

- Özünüzü hansı janrda daha rahat hiss edirsiniz? Ən sevdiyiniz hansıdır?

- Ən sevdiyim janr pop, R&B və cazdır. Ancaq özüm daha çox pop janrında ifa edirəm. Çünki bu janrda özümü daha rahat hiss edirəm.

- Sizi ən çox ilhamlandıran sənətçilər kimlərdir — yerli və ya xarici?

- Yerli ifaçılardan ilham alacağım heç kəs yoxdur. Bir tək bəstəkar İsmayıl Əsədovun adını çəkə bilərəm ki, bu insanın bəstələri ruhuma çox yaxındır.

- Əməkdaşlıq etmək istədiyiniz bir ifaçı və ya bəstəkar varmı?

- Özüm üçün yazdığım mahnıların sayı çoxdur. Ona görə ehtiyac duymuram. Zamanla hər birini təqdim edəcəm.

- Qarşıda hansı layihələriniz var? Yeni mahnılar, kliplər və ya konsertlər gözlənilirmi?

- Konsert qiymətləri o qədər fantastik olub ki, sponsorsuz çətin məsələ hesab edirəm. Bəlkə konsert vermək nə zamansa mümkün oldu. Buna inanıram, olacaq.

Doğma Gəncəm üçün mahnım var. Yaxın günlərdə təqdim edəcəm.

- Sonda gənc musiqiçilərə nə tövsiyə edərdiniz?

- Gənclərə tövsiyəm odur ki, mütləq sənətlə bərabər toy biznesində olsunlar. Səviyyəni qoruyub saxlamaq şərti ilə pul qazansınlar. O zaman həm şəxsi həyatlarında, həm də karyeralarında hər şey əla olacaq.

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:56

Müəllimə şagirdinin valideynindən 65 min alıb qaytarmadı

Bütün xəbərlər
Bu gün, 14:22

Gəncədə MMA və Grappling turniri keçirilib

Bütün xəbərlər
Bu gün, 13:45

Gəncənin bir sıra küçələri səhər saatlarından işıqsız qalıb

Bütün xəbərlər
Bu gün, 13:07

Kollecdən tələbə qız zorla qaçırılıb

Bütün xəbərlər
Bu gün, 12:00

Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Bu gün, 11:36

Qarabağ uğrunda döyüşən ukraynalı pilot Şəmkirdə vəfat etdi

Bütün xəbərlər
Bu gün, 11:12

Azərbaycanda "Changan" maşınlarının sayı bir ildə 4 dəfədən çox artıb

Bütün xəbərlər
Bu gün, 10:38

Ölkəmizdə bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib

Bütün xəbərlər
Bu gün, 10:14

"İmamzadə"nin sanitar qovşağı istifadəyə YARARSIZDIR

Bütün xəbərlər
Bu gün, 09:30

"Sovxoz Nizami"də piyadaların təhlükəsizliyi təmin olundu

Bizim fəxrimiz
Bu gün, 08:56

20 döyüş, 20 qələbə: Gəncəli boksçu məğlubiyyət tanımır!

Tarix
Bu gün, 00:05

29 sentyabr 2020: Vətən Müharibəsinin üçüncü günü

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycan Kredit Bankı ləğv edildi

Bütün xəbərlər
Dünən, 17:26

Gəncədə Anım Gününə həsr olunmuş ağır atletika yarışı keçirilib

Bütün xəbərlər
Dünən, 15:56

Gəncə ağsaqqalları bir araya gəliblər

Bütün xəbərlər
Dünən, 15:16

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 14:07

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Dünən, 13:35

Sabah dolu düşəcək, duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:24

"Kənd yerində 500 manatlıq iş olsa, heç kim Bakıya gəlməz" - Tahir Kərimli

Bütün xəbərlər
Dünən, 12:19

Gəncədə paradoks: işıqfor TIXAC YARADIR

Bütün xəbərlər
Dünən, 10:56

Göygöldə qanunsuz tikili sökülüb

Bütün xəbərlər
Dünən, 10:24

Gəncəli hakim İtaliyada tarix yazdı

Bütün xəbərlər
Dünən, 09:51

"Gəncə" mahnısı üstündə bıçaqlanma - 2 il 6 ay HƏBS

Bütün xəbərlər
Dünən, 09:19

Qənirə Paşayevanın vəfatından 3 il ötür

Oxşar xəbərlər