Şəmkirdə azyaşlı dərmandan zəhərlənib.
Apa.аz xəbər verir ki, hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb.
2023-cü il təvəllüdlü Turqut Tapdıqov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardımlara baxmayaraq, azyaşlı xəstəxanada ölüb.
Məlumata görə, azyaşlı evdə ağcaqanada qarşı istifadə edilən və elektrik enerjisinə qoşulan dərman qurğusundakı mayeni içib.
Faktla bağlı araşdırma aparılır.