İctimai Televizyada yayımlanan “Səs Azərbaycan” yarışmasının görmədən seçimlər mərhələsinin iştirakçılarından biri Gəncəni təmsil edib.
Gencexeber.az məlumat verir ki, əslən gəncəli olan Lalə Qafarova “Sanki buz” ifası ilə çıxış edib.
Təəssüf ki, gənc ifaçının çıxışı münsiflər tərəfindən bəyənilməyib.
Sonda isə Xalq artisti Röya Ayxan veriliş vasitəsilə gəncəlilərə salam göndərib:
“Bütün gəncəlilərə salam deyərsən, qadan alım”.