Samux sakini elektrik cərəyanı vurması nəticəsində ölüb.
Gencexeber.az-ın məlumatına əsasən, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.
Elektrik ustası işləyən Rəşad Quliyev adlı şəxs cərəyan vurması nəticəsində yerindəcə keçinib.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Fakt araşdırılır