Kürdə batan şəxslərdən biri Seyidlər kənd sakini 2003-cü il təvəllüdlü İsmayıl Şubliyev və Şəmkir rayon Çinarlı qəsəbəsində qeydiyyatda olan 1999-cu il təvəllüdlü Muşviq İsmayılovdur.
Gencexeber.az bildirir ki, hadisə qayığın aşması səbəbindən baş verib.
Batan şəxlərin axtarışları davam etdirilir.
21:07
Kürün Samux rayonu ərazisindən keçən hissəsində orta yaşlı iki nəfər batıb.
Gencexeber.az-ın məlumatına əsasən, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin xilasediciləri cəlb ediliblər.
Batan şəxslərin axtarışları davam edir. Həmin şəxslərin balıqçı olduğu ehtimal edilir.