Şəmkirdə yanğın baş verib.
Gencexeber.az-ın məlumatına əsasən, hadisə rayonun Sarıtəpə kəndində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.
Belə ki, kənd sakinə məxsus üçotaqlı evdə anidən yanğın olub. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı evin yanar konstruksiyaları əşyalarla birlikdə yanıb. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə olunub.
Hadisənin başvermə səbəbləri araşdırılır.