top
Sağ qalan sərnişin: “Hökümə Əliyeva ruhdan düşmürdü” - VİDEO
27 dekabr 2024, 22:05
- ↺ +

Sağ qalan sərnişin: “Hökümə Əliyeva ruhdan düşmürdü” - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 

Aktauda qəzaya uğrayan təyyarədən sağ çıxan Subxonkul Rəhimov Hökümə Əliyevanın şücaətindən danışıb.

Gencexeber.az məlumat verir ki, Aktau yaxınlığında qəzaya uğrayan təyyarədən sağ çıxan 48 yaşlı sərnişin Sübhanqul Rəhimov Rusiyanın “TASS” dövlət xəbər agentliyinə “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin stüardessası Hökümə Əliyevanın şücaətindən danışıb.

S.Rəhimovun sözlərinə görə, Hökümə kritik məqamda cəsarət nümayiş etdirərək üzərinə düşən vəzifələri mükəmməl şəkildə yerinə yetirməyə davam edib:

“Pilotlara yaxın olan təyyarə bələdçisi (Hökümə Əliyeva) ruhdan düşmürdü, hərçənd ki, vəziyyət bərbad idi, ələlxüsus da qadın üçün. O, vəzifəsinə aid bütün funksiyalarını yerinə yetirirdi.

Çünki onun göstərişi ilə (artıq dediyi sözlər yadımdan da çıxıb)… mən kresloya sıxıldım. O (Hökümə Əliyeva), bütün vəzifələrini yerinə yetirdi. Qadın olaraq üsyan edən kişiləri sakitləşdirməyə və yerlərinə oturtmağa çalışırdı. O, sərnişinlərə əsasən Azərbaycan dilində müraciət edirdi”.

Qeyd edək ki, Hökümə Əliyeva 1991-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndində dünyaya göz açıb. Ermənistan silah qüvvələrinin I Qarabağ müharibəsi dövründə 1993-cü ildə kəndi işğal etməsi nəticəsində ailəsi ilə birlikdə Bərdə rayonun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşıblar.

1996-cı ildə ailə Rusiyanın Volqoqrad vilayətində köçüb. Hökümə burada 6-cı sinfə qədər təhsil alıb. Daha sonra isə Gəncə şəhərinə köçüblər. Hökümə təhsilini Nizami yurdunda davam etdirib. Gəncə şəhər V.Veysəlov adına 30 nömrəli tam orta məktəbi bitirəndən sonra 612 bal toplayan Hökümə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Daha sonra təhsilinin magistr və doktorantura pillələrini də tamamlayıb.

Mərhumun atasının sözlərinə görə, o, 2016-cı ildən AZAL-da əvvəlcə tərcüməçi kimi işə başlayıb, daha sonra stüardessa olaraq çalışıb, yaxın vaxtlarda isə AZAL-da hüquqşünas vəzifəsində işləyəcəkdi. Qadın bildirib ki, bu, onun son uçuşları idi.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:03

Gəncədə səki taxta qapılarla zəbt olunur - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 15:48

Gəncədə sabah da 31 dərəcə isti olacaq

Bütün xəbərlər
Bu gün, 13:53

74 yaşlı kişi güllələnərək öldürüldü, şübhəli saxlanıldı

Bütün xəbərlər
Bu gün, 12:35

Evdə hazırlanan konservlərə sertifikat tələbi barədə məlumat yanlışdır - AQTA sədri

Bütün xəbərlər
Bu gün, 12:16

Hərbçilərin əməkhaqları artırılır

Bütün xəbərlər
Bu gün, 11:43

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan ekstradisiya edilib

Bütün xəbərlər
Bu gün, 11:25

Azərbaycan əhalisinin sayı AÇIQLANIB

Bütün xəbərlər
Bu gün, 11:01

Gəncədə dayanacaqlar yuyularaq təmizlənib

Bütün xəbərlər
Bu gün, 09:37

Təqaüdçünün evinə basqın edənlər qərardan NARAZIDIR

Bütün xəbərlər
Bu gün, 00:01

16 oktyabr 2020: Vətən müharibəsinin 20-ci günü

Bütün xəbərlər
Dünən, 17:22

Bir həyət, iki mənzərə: Gəncədə abadlıq işləri yarımçıq qalıb

Bütün xəbərlər
Dünən, 15:58

Gəncədə son 11 ildə gənclərin sayı 17,7% AZALIB

Bütün xəbərlər
Dünən, 14:35

MAXE olmaq istəyən gəncəlilərin nəzərinə

Bütün xəbərlər
Dünən, 14:02

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:30

Kənd yumurtası 10 qəpik BAHALAŞDI

Bütün xəbərlər
Dünən, 12:02

İkinci qrup əlil Gəncədə 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi

Bütün xəbərlər
Dünən, 10:38

Gəncədə bəzi sürücülər yol hərəkəti qaydalarına məhəl qoymur

Bütün xəbərlər
Dünən, 10:06

Nüsrət Kəsəmənlinin anım günüdür

Bütün xəbərlər
Dünən, 09:00

Almaniya səfiri Gəncəyə səfər edib

Bütün xəbərlər
Dünən, 00:05

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Tarix
Dünən, 00:01

15 oktyabr 2020-ci il: Vətən müharibəsinin 19-cu günü

Bütün xəbərlər
14 oktyabr 2026, 16:39

Maşınlar toqquşdu – 5 nəfər xəstəxanaya çatdırıldı

Bütün xəbərlər
14 oktyabr 2026, 15:37

Gəncədə 10 il ərzində əkin sahələri 61% azalıb

Bütün xəbərlər
14 oktyabr 2026, 15:01

Ermənistanda tutulan daşkəsənli əsgərin atası: "Dövlətimizə güvənirik"

Oxşar xəbərlər