top
Sabiq deputat Emin Əmrullayevi “TOPA TUTDU”
28 fevral 2025, 18:00
- ↺ +

Sabiq deputat Emin Əmrullayevi “TOPA TUTDU”

 

"Təhsil məsələsi ciddi və hamını maraqlandıran məsələdir. Hər kəs düşünür ki, axı bizim məktəblər nə üçün belə vəziyyətə gəlib çıxıblar?

Məktəblərin belə bir vəziyyətə gəlməsində əsas səbəb təhsildən xəbərsiz olan şəxslərin təhsilin pillələrinə rəhbərlik etmələrindədir. Vaxtı ilə Azərbaycanda böyük pedaqoq ordusu var idi. Məktəbdəki təlim-tərbiyə məsələləri hər zaman müzakirə mövzusu idi".

Bu sözləri demokrat.аz-a açıqlamasında sabiq deputat Etibar Əliyev deyib.

O bildirib ki, indi bir dəfə də olsun dərslərə davamiyyət haqqında danışılmır:

"Təhsil naziri mənasız brifinqlərdə bir dəfə də olsun davamiyyət haqqında danışmır. Məktəbdə davamiyyət yoxdursa, deməli, uşaqlar küçədədirlər. Məktəb mühiti tərbiyə, fiziki hazırlıq və zəruri biliklərin verilməsi mühitidir. Bütün dünya öz məktəblərini qorumağa çalışır, sistemin zədələnməsinə imkan vermirlər. Məktəbə heç bir aiddiyyəti olmayan şəxslər təhsil pilləsinə gətirilib. "AzGranata"dan, Aqrar Universiteti bitirənlər, Şəkər Zavodundan insanlar vəzifəyə gətirilir. Təhsil hər kəsin idarə edə biləcəyi sahəyə çevrilib.

Böyük Kant deyib ki, insan üçün iki peşədən çətin peşə yoxdur. Onlardan biri idarəetmə, digəri isə tərbiyə peşəsidir. Şagirdlər məktəbdə tərbiyə mühiti pozulduğu üçün təhsilin dəyərlərindən bəhrələnə bilmirlər. Repetitorluq məktəbi birmənalı olaraq çökdürüb".

Onun sözlərinə görə, təhsil naziri brifinqlərdə bu məsələyə yumor kimi yanaşır:

"İdarəçilər çalışır ki, bütün bu hallar məktəbdən kənarda olsun. Məktəbdən kənarda olsa da, onlar şagirddirlər. Nəyə görə şagirdin üzərində bıçaq olmalıdır və ən kiçik mübahisədə bıçaqlanma, müəllimi təhqir etmə halları olur? Bütün bunlar təhsili zədələyir. Ziyalılar illər boyu formalaşdırdığımız məktəblərin nə üçün bu vəziyyətə gəlib çatdığını düşünməlidirlər.

Bunun kökündəki səbəb menecer statusu verilmiş şəxslərin məktəbə rəhbərlik etməsi, məktəbin bilərəkdən repetitorun ağuşuna verilməsidir. Məktəblərdə siniflər müəllimə icarəyə verilir. Dövlət hər il təhsilə vəsaiti artırır. Vəsait heç bir effekt verməyəcəksə, şagird valideynin hesabına oxuyacaqsa, vəsait ayırmağın nə mənası var?

Uşaqlar öz sinif müəllimlərinə repetitor haqqı verirlər. Uşağın müəllimə pul verməyi onun psixologiyasına təsir göstərir, məktəb mühitini zədələyir".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Azərbaycanın "VAŞAQ" zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib

Bütün xəbərlər
Bu gün, 16:55

Ayaqqabını verməyən arvadını taxta parçası ilə döydü – QƏRİBƏ OLAY

Bütün xəbərlər
Bu gün, 15:08

Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq

Bütün xəbərlər
Bu gün, 13:58

Gəncədə yeni evlərin tikintisi bir ildə 44 dəfədən çox artıb

Bütün xəbərlər
Bu gün, 12:56

Yeni Gəncə sakinləri binaların həyətindən NARAZIDIRLAR

Bütün xəbərlər
Bu gün, 10:51

Qırğızıstanda Nizami Gəncəvi adına məktəbdə Azərbaycan dili tədris olunacaq

Bütün xəbərlər
Bu gün, 10:16

"Mingəçevir Reqatası-2026"da ikinci günə start verilir

Bütün xəbərlər
Bu gün, 09:28

Gəncədə qaraçı qadın qıza yumruq vurub - İDDİA

Bütün xəbərlər
Bu gün, 09:01

Gəncədə torpağa tapşırılan şairimizin vəfatından 22 il ötür

Bütün xəbərlər
Bu gün, 00:00

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Bütün xəbərlər
Dünən, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
Dünən, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Bütün xəbərlər
Dünən, 16:00

Mingəçevir sakini məscidində namaz qılanın "İphone 17"si oğurlandı

Bütün xəbərlər
Dünən, 15:26

Sentyabrın sonuncu günü Gəncədə yağışlı keçəcəyi gözlənilir

Bütün xəbərlər
Dünən, 14:56

Müəllimə şagirdinin valideynindən 65 min alıb qaytarmadı

Bütün xəbərlər
Dünən, 14:22

Gəncədə MMA və Grappling turniri keçirilib

Bütün xəbərlər
Dünən, 13:45

Gəncənin bir sıra küçələri səhər saatlarından işıqsız qalıb

Bütün xəbərlər
Dünən, 13:07

Kollecdən tələbə qız zorla qaçırılıb

Bütün xəbərlər
Dünən, 12:00

Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Dünən, 11:36

Qarabağ uğrunda döyüşən ukraynalı pilot Şəmkirdə vəfat etdi

Bütün xəbərlər
Dünən, 11:12

Azərbaycanda "Changan" maşınlarının sayı bir ildə 4 dəfədən çox artıb

Bütün xəbərlər
Dünən, 10:38

Ölkəmizdə bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib

Bütün xəbərlər
Dünən, 10:14

"İmamzadə"nin sanitar qovşağı istifadəyə YARARSIZDIR

Oxşar xəbərlər