top
Repetitorsuz uğur qazanan Gəncə məktəbliləri
22 aprel 2025, 11:39
- ↺ +

Repetitorsuz uğur qazanan Gəncə məktəbliləri

 

Uğur çalışqanlıq, sistemli hazırlıq, düzgün zaman bölgüsü və əlbəttə, ailənin, məktəbin dəstəyinin nəticəsidir. Gəncə şəhərindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin (FRİTL) bir qrup şagirdi buraxılış imtahanlarında göstərdikləri yüksək nəticələrlə bu fikri bir daha təsdiqləyiblər. Onların uğur yolu bir çox məktəblilər üçün həm nümunə, həm də motivasiya mənbəyi ola bilər.

“Azərbaycan müəllimi” hazırlığa getmədən yüksək bal toplayan şagirdlərin fikirlərini öyrənib.

Nihad Rəsulov FRİTL-də 7-ci sinifdən təhsil almağa başlayıb. Martın 9-da keçirilmiş buraxılış imtahanında 295 bal toplayıb. Bu günə kimi heç bir repetitor yanına getməyib:

“Gündəlik ev tapşırıqlarımı yerinə yetirirdim. Zəif olduğum mövzular üzərində çalışırdım. Həm effektiv çalışmaq, həm də imtahan zamanı vaxtı tənzimləyə bilmək üçün taymerdə özümə vaxt qoyub testləri sürətli işləyirdim”.

Elsəf Bağırov 2020-ci ildə yüksək balla FRİTL-ə qəbul olub. Buraxılış imtahanında 298 bal toplayıb. İmtahanlara yalnız məktəbdə keçirilən dərslər, müəllimlərinin köməyi ilə hazırlaşıb:

“Gündəlik həyatımı, yuxu rejimimi də pozmamışdım. Fikrimcə, hazırlıq kursları məsuliyyətsiz uşaqları bir az inkişaf etdirmək üçündür. Əgər bir şagirdin oxumaq üçün həvəsi varsa, repetitorsuz belə imtahana hazırlaşa bilər”.

Leyla Hacızadə buraxılış imtahanında 298 bal toplayıb. Hər gün əzmli və planlı şəkildə çalışaraq məktəbdən verilən tapşırıqları tamamlayıb. Bu il Almaniyada keçiriləcək Avropa Qızlar İnformatika Olimpiadasına (EGOI-2025) ölkəmiz üzrə seçilmiş komandanın 4 qızından biridir.

“Olimpiadalar daha çox əziyyət və səbir tələb edir. Məncə, yaxşı nəticə əldə etmək üçün hazırlığa getməyə ehtiyac yoxdur”, - Leyla deyib.

Ayan Kərimova buraxılış imtahanında 295 bal toplayıb. O da bu il Almaniyada keçiriləcək Avropa Qızlar İnformatika Olimpiadasına (EGOI-2025) ölkəmiz üzrə seçilmiş komandanın tərkibindədir:

“Ölkəmizi təmsil edəcək 4 qızdan biri olmaq mənim üçün qürurvericidir. Təhsilimi kompüter elmləri üzrə davam etdirmək və gələcəkdə bu sahədə yeniliklər yaratmaq istəyirəm”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:45

Gəncənin bir sıra küçələri səhər saatlarından işıqsız qalıb

Bütün xəbərlər
Bu gün, 13:07

Kollecdən tələbə qız zorla qaçırılıb

Bütün xəbərlər
Bu gün, 12:00

Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Bu gün, 11:36

Qarabağ uğrunda döyüşən ukraynalı pilot Şəmkirdə vəfat etdi

Bütün xəbərlər
Bu gün, 11:12

Azərbaycanda "Changan" maşınlarının sayı bir ildə 4 dəfədən çox artıb

Bütün xəbərlər
Bu gün, 10:38

Ölkəmizdə bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib

Bütün xəbərlər
Bu gün, 10:14

"İmamzadə"nin sanitar qovşağı istifadəyə YARARSIZDIR

Bütün xəbərlər
Bu gün, 09:30

"Sovxoz Nizami"də piyadaların təhlükəsizliyi təmin olundu

Bizim fəxrimiz
Bu gün, 08:56

20 döyüş, 20 qələbə: Gəncəli boksçu məğlubiyyət tanımır!

Tarix
Bu gün, 00:05

29 sentyabr 2020: Vətən Müharibəsinin üçüncü günü

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycan Kredit Bankı ləğv edildi

Bütün xəbərlər
Dünən, 17:26

Gəncədə Anım Gününə həsr olunmuş ağır atletika yarışı keçirilib

Bütün xəbərlər
Dünən, 15:56

Gəncə ağsaqqalları bir araya gəliblər

Bütün xəbərlər
Dünən, 15:16

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 14:07

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Dünən, 13:35

Sabah dolu düşəcək, duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:24

"Kənd yerində 500 manatlıq iş olsa, heç kim Bakıya gəlməz" - Tahir Kərimli

Bütün xəbərlər
Dünən, 12:19

Gəncədə paradoks: işıqfor TIXAC YARADIR

Bütün xəbərlər
Dünən, 10:56

Göygöldə qanunsuz tikili sökülüb

Bütün xəbərlər
Dünən, 10:24

Gəncəli hakim İtaliyada tarix yazdı

Bütün xəbərlər
Dünən, 09:51

"Gəncə" mahnısı üstündə bıçaqlanma - 2 il 6 ay HƏBS

Bütün xəbərlər
Dünən, 09:19

Qənirə Paşayevanın vəfatından 3 il ötür

Bütün xəbərlər
Dünən, 08:40

34 yaşlı kişi bıçaqlandı, şübhəli saxlanıldı

Bütün xəbərlər
Dünən, 00:01

28 sentyabr 2020: Vətən Müharibəsinin ikinci günü

Oxşar xəbərlər