top
“Rejissorluq məktəbinin üç əsas sütunu var” - Baş rejissor Elşad Əhmədovla ÖZƏL MÜSAHİBƏ
28 fevral 2025, 17:31
- ↺ +

“Rejissorluq məktəbinin üç əsas sütunu var” - Baş rejissor Elşad Əhmədovla ÖZƏL MÜSAHİBƏ

 

“Azərbaycan teatr rejissorluğu məktəbinin üç əsas sütunu var”.

Bu sözləri Gencexeber.az-ın bugünkü müsahibi Gəncə Dövlət Milli Dram Teatrının baş rejissoru Elşad Əhmədov deyib.

Onunla müsahibəni təqdim edirik:

- Elşad bəy, öncə oxucularımız üçün özünüz təqdim edərdiniz.

- Əhmədov Elşad Eldar oğlu. 1981-ci ildə Gəncə şəhərində anadan olmuşam.

- Teatr sənətini seçməyinizin arxasında hansı səbəblər dayanır? Bu sahəyə olan marağınız necə başladı?

- Teatr sənətinə olan marağım orta məktəb dövründən başlayıb. O zamanlar dram dərnəyinin fəal üzvlərindən olmuşam. Həmin dərnəkdə bədii qiraət müsabiqələrində, Səməd Vurğunun,  Şıxəli Qurbanovun, xalq və meydan tamaşalarında iştirak etmişəm. Sonralar, incəsənətin və idmanın müxtəlif sahələrinə maraq göstərmişəm.

- Sizə görə yaxşı bir teatr tamaşası nəyi özündə əks etdirməlidir? Tamaşaçıya nə mesaj vermək lazımdır?

-  Bilirsiniz ki, teatr kollektiv bir sənətdir. Hazırlanan hər tamaşa böyük  kollektivin zəhmətinin bəhrəsi hesabına başa gəlir və hər tamaşanı yeni bir eksperiment adlandırmaq olar. Yaxşı tamaşa - aktyor (oyunçu) və tamaşaçı arasında enerji mübadiləsinin baş verməsidir.

- Baş rejissor olaraq, aktyorlarla iş prosesini necə qurursunuz? Hər bir aktyorun fərdi yanaşmasına necə uyğunlaşır və onların performansını necə inkişaf etdirirsiniz?

- Baş rejissor - tək aktyorlarla fərdi iş prinsipini özündə əks etdirmir. Eyni zamanda, teatrın bütün bədii yaradıcılıq üslubu, repertuar siyasəti və  ümumilikdə teatrın bir neçə illik yol xəritəsini planlaşdıran bir personadır. Şükürlər olsun ki, bu işi Gəncə Dövlət Milli Dram Teatrının direktoru ilə birlikdə həyata keçirə bilirik. Son illərdə GDMDT repertuar siyasəti  və eyni zamanda da xarici teatrlarla əlaqələr yüksələn xətt üzrə inkişaf edir.

- Rejissorluğunuzda ən böyük çətinliklər nələr olub və onları necə aşmısınız?

- Hər bir tamaşa yeni bir inkişaf mərhələsidir. İnkişaf varsa, o yolda çətinliklər də olur. Şükürlər olsun ki, bu çətinlikləri aşa bilirik.

-Sizə ən çox ilham verən teatr rejissorları və ya sənətkarlar kimlərdir?

- Dünya teatrlarında baş verən bütün prosesləri izləyirəm. Və kimlərdən ilham aldığım siyahı uzun ola bilər. Çünki hər bir rejissorun öz yaradıcılıq üslubu var. Amma Azərbaycan teatr rejissorluğu məktəbinin üç əsas sütunu var ki, Adil İsgəndərov, Mehdi Məmmədov və Tofiq Kazımov bu gün mənim əsl ilham mənbəyimdir.

- Heç başqa teatra getmək arzunuz olub?

- Sizcə insan öz doğma evini atıb gedə bilərmi? GDMDT mənim doğma evimdir. Mən bu teatrda böyümüşəm. Bu teatrda adı qızıl hərflərlə teatr tariximizə yazılmış sənətkarların əlindən su içmişəm.

- Aktyorlarla rejissor arasında qalmaqal olurmu? Rejissorlar eyni aktyorlarla işləyirlər?

- Yaradıcılıq prosesində hər bir şey ola bilər. Bütün baş verənlər isə gələcəkdəki tamaşanın uğurlu alınması üçündür. Tamaşanın uğurlu alınması isə - TEATRIN uğurudur.

-Teatr, sənət adamlarının narazı olduqları məsələ maaşlarla bağlıdır. Sizin bu barədə fikriniz nədir? Sirr deyilsə, aktyorlarınız nə qədər maaş alırlar?

- Teatr sənəti ilə məşğul olan hər bir şəxs bilir ki, bu peşə heç kimə milyonlar vəd etmir. Bu dünya teatrlarında da belədir. Keçən ilin may ayında cənab prezidentin göstərişi ilə, nazirlər kabinetinin müvafiq qərarına əsasən teatrimıza MİLLİ status verildi. Bu statusun verilməsi teatrda çalışanların həm yaradıcılıq potensialına, həm də sosial rifahının inkişafına böyük stimul oldu. Yəni, işçilərin aylıq əmək haqqları 50% artırıldı. Hazırda teatrımızda əmək haqqı 500-1000 manat arasındadır.

- Teatrınızda nə kimi çatışmazlıqlar var? Orada nədən narazısınız?

- Bildiyiniz kimi, ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə şəhərimizdə yeni teatr binası inşa edilib. Və yeni inşa olunan bu binada yaradıcılıqla yüksək səviyyədə məşğul olmaq üçün hər bir şərait yaradılıb. Bütün bu yaradılan şəraitə görə cənab Prezidentə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya bütün teatr xadimləri adından dərin minnətdarlığımı bildirirəm.

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Azərbaycanın "VAŞAQ" zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib

Bütün xəbərlər
Bu gün, 16:55

Ayaqqabını verməyən arvadını taxta parçası ilə döydü – QƏRİBƏ OLAY

Bütün xəbərlər
Bu gün, 15:08

Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq

Bütün xəbərlər
Bu gün, 13:58

Gəncədə yeni evlərin tikintisi bir ildə 44 dəfədən çox artıb

Bütün xəbərlər
Bu gün, 12:56

Yeni Gəncə sakinləri binaların həyətindən NARAZIDIRLAR

Bütün xəbərlər
Bu gün, 10:51

Qırğızıstanda Nizami Gəncəvi adına məktəbdə Azərbaycan dili tədris olunacaq

Bütün xəbərlər
Bu gün, 10:16

"Mingəçevir Reqatası-2026"da ikinci günə start verilir

Bütün xəbərlər
Bu gün, 09:28

Gəncədə qaraçı qadın qıza yumruq vurub - İDDİA

Bütün xəbərlər
Bu gün, 09:01

Gəncədə torpağa tapşırılan şairimizin vəfatından 22 il ötür

Bütün xəbərlər
Bu gün, 00:00

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Bütün xəbərlər
Dünən, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
Dünən, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Bütün xəbərlər
Dünən, 16:00

Mingəçevir sakini məscidində namaz qılanın "İphone 17"si oğurlandı

Bütün xəbərlər
Dünən, 15:26

Sentyabrın sonuncu günü Gəncədə yağışlı keçəcəyi gözlənilir

Bütün xəbərlər
Dünən, 14:56

Müəllimə şagirdinin valideynindən 65 min alıb qaytarmadı

Bütün xəbərlər
Dünən, 14:22

Gəncədə MMA və Grappling turniri keçirilib

Bütün xəbərlər
Dünən, 13:45

Gəncənin bir sıra küçələri səhər saatlarından işıqsız qalıb

Bütün xəbərlər
Dünən, 13:07

Kollecdən tələbə qız zorla qaçırılıb

Bütün xəbərlər
Dünən, 12:00

Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Dünən, 11:36

Qarabağ uğrunda döyüşən ukraynalı pilot Şəmkirdə vəfat etdi

Bütün xəbərlər
Dünən, 11:12

Azərbaycanda "Changan" maşınlarının sayı bir ildə 4 dəfədən çox artıb

Bütün xəbərlər
Dünən, 10:38

Ölkəmizdə bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib

Bütün xəbərlər
Dünən, 10:14

"İmamzadə"nin sanitar qovşağı istifadəyə YARARSIZDIR

Oxşar xəbərlər