Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə fevral ayı ərzində ünvanlanan müraciətlərin sayı bəlli olub.
Gencexeber.az bildirir ki, bu barədə regional idarə məlumat yayıb.
Məlumata əsasən, idarəyə ötən ay ərzində 1049 müraciət ünvanlanıb.
Müraciətlərdən 293-ü sənəd qəbulu ilə bağlı olub. Digər 182-i telefon zəngi, 45-i elektron müraciəti, 529-u isə vətəndaş qəbulu məsələlərini əhatə edib.